TATARISTANLI ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA OLMUŞLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



TATARISTANLI ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA OLMUŞLAR

16.11.18. Oxunma sayı: 76 Əməkdaşlıq
15 noyabr 2018-ci il tarixində Tatarıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Daniya Zagidullina və Tatarıstan Respublikası Elmlər Akademiyası Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Kim Minnullin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuş, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov ilə söhbət etmiş, buradakı əlyazmalar sərgisinə baxmışlar.
Söhbət zamanı tərəflər Azərbaycan və Tatarıstan alimləri elmi müəssisələr arasında əlaqələrin genişləndirilməsi, ortaq araşdırmalar aparılması, dissertant və doktorant mübadiləsi zərurətindən danışmış, gələcək müştərək layihələr barədə müzakirələr aparmışlar.
Qonaqlar institutun xatirə kitabına ürək sözlərini yazıblar.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla