ƏLYAZMALAR İNSTİTUTU “ƏCAİB ƏL-MƏQDUR” ƏSƏRİNİN DİLİMİZƏ TƏRCÜMƏSİNİN SURƏTİNİ ƏLDƏ EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTU “ƏCAİB ƏL-MƏQDUR” ƏSƏRİNİN DİLİMİZƏ TƏRCÜMƏSİNİN SURƏTİNİ ƏLDƏ EDİB

13.11.18. Oxunma sayı: 152 Yeni daxilolmalar
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından XIV-XV əsrlərdə yaşamış görkəmli tarixçi alim Əhməd ibn Məhəmməd ibn Ərəbşahın (1392-1450) Əmir Teymurun hakimiyyətinə həsr olunmuş “Əcaib əl-məqdur” əsərinin Seyid Hüseyn adlı şəxs tərəfindən dilimizə tərcüməsinin surətini əldə edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 1392-ci ildə Dəməşqdə dünyaya gələn Əhməd ibn Məhəmməd ibn Ərəbşahı Teymur uşaq ikən Səmərqəndə aparıb. O, Teymurun ölümündən sonra Səmərqənddən gedərək bir müddət Osmanlı imperatoru I Mehmedin yanında xidmət edib, sonra Teymurun hakimiyyətinə dair “Əcaib əl-məqdur” adlı əsər yazıb. Qısa müddətdə məşhur olan əsər 1636-cı ildə ərəb dilində Leydendə, 1658-ci ildə fransız dilində Parisdə çap edilib. Əsərin Seyid Hüseyn tərəfindən dilimizə tərcümə olunmuş 141 vərəqdən ibarət əlyazmasını paleoqrafik cəhətdən XVIII əsrə aid etmək olar.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
04.04.18 XIV ƏSR TARİXİNƏ AİD DƏYƏRLİ MƏNBƏ

© Copyright 2008-2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla