Paşa Kərimov » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN


Paşa Kərimov

Fil.ü.e.d., professor Kərimov Paşa Əli oğlu, 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildən Əlyazmalar İnstitutunda işləyir. 1991-ci ildə «Əlican Qövsi Təbrizinin «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik, 2012-ci ildə isə «XVII əsr anadilli Azərbaycan lirikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2003-cü illərdə institutun elmi katibi işləmişdir. 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1 noyabr 2011-ci il tarixindən 11 fevral 2014-cü il tarixinədək Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra etmişdir. Göstərilən tarixdən etibarən yenidən elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmaqla yanaşı, 2015-ci ildən həm də İnstitutun "Multidissiplinar əlyazmalar və əski çap kitabları" şöbəsinin müdiridir.
Klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olur. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi  və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasir və Mirzə Baxış Vadimin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ankara, Daşkənd, Aşqabad, İstanbul, Elazığ, Taşauz, Təbriz, Kabil, Məzari-Şərif, Herat və İslamabadda keçirilən beynəlxalq konfranslarda, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikan və Romada keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdir.
2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülmüşdür. Paşa Kərimov Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 3 noyabr 2015 ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuş, 1 mart 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində "Elm və texnologiya" nominasiyası üzrə xüsusi mükafata layiq görülmüşdür. Azərbaycan Nazirlər Kabineti nəzdindəki Tərcümə Mərkəzinin və AMEA Nizami adına
Azərbaycan Milli Ədəbiyyat müzeyinin elmi şuralarının, filologiya Elmləri üzrə problem şurasının, “Azərbaycan” və “Multukulturalizm” jurnallarının redaksiya heyətlərinin üzvüdür. Əlyazmalar İnstitutunda fəaliyyət göstərən dinşünaslıq üzrə birdəfəlik müdafiə şurasının sədridir.



Xidməti tel:. (+994 12) 4921401
Mobil tel:. (+994 50) 425157
Ev tel:. (+994 12) 4407277
Elektron poçtu: pasha_kerimov@list.ru
фильмы бесплатно Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы
© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla