Magistratura » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 info@manuscript.az
AZ EN


Magistratura

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 15 sentyabr 2016-cı il tarixindən magistratura fəaliyyət göstərir. Əlyazmalar İnstitutunun nəzdində fəaliyyət göstərən magistraturada bakalavr təhsili olan şəxslər aşağıdakı ixtisaslar üzrə təhsil alırlar.

060205 – Kitabşünaslıq (“Dünya və Azərbaycan kitabşünaslığı (mətnşünaslıq)”;
060301 – Muzeyşünaslıq, arxiv və abidələrin qorunması (“Arxeoloji və memarlıq abidələrinin mühafizəsi (arxiv sənədlərinin mühafizəsi və bərpası)”.

İnstitutun ixtisaslı mütəxəssislərinin, professor və dosent heyətinin qabaqcıl tədris metodikası sayəsində müasir biliklərə yiyələnən magistrantlar Əlyazmalar İnstitutunun kitabxanasından, əlyazma saxlancında, şəxsi arxivlərdə qorunan materiallarından yararlanırlar. Onlar aktiv şəkildə İnstitutun elmi yaradıcılıq fəaliyyətinə qoşulur, “Əlyazmaların bərpası” və “Elektron resurslar” şöbələrində abidələrin bərpa-konservasiya prosesinin şahidi olur, gənc alim və mütəxəssislərin hər il təşkil olunan konfrans və elmi seminarlarına qatılırlar.
фильмы бесплатно Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы
© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla