Doktorantura » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 info@manuscript.az
AZ EN


Doktorantura

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə əyani doktorantura və dissertantura fəaliyyət göstərir. Doktorantura və dissertanturaya qəbul hər tədris ilində mətbuatda dərc olunan elana əsasən aşağıdakı ixtisaslar üzrə aparılır:

5721.01– Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması)
5509.01– Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları
3356.01– Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq
5716.01– Azərbaycan ədəbiyyatı

İnstitutun ixtisaslı mütəxəssislərinin, professor və dosent heyətinin qabaqcıl tədris metodikası sayəsində biliklərini zənginləşdirən doktorant və dissertantlar Əlyazmalar İnstitutunun kitabxanasından, əlyazma saxlancında, şəxsi arxivlərdə qorunan materiallarından yararlanırlar. Onlar aktiv şəkildə İnstitutun elmi yaradıcılıq fəaliyyətinə  qoşulur, gənc alim və mütəxəssislərin hər il təşkil olunan konfrans və elmi seminarlarına qatılırlar.
фильмы бесплатно Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы
© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla