Əlyazmalar İnstitutu » Səhifə 9
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN

  • 2019-CU İL AZƏRBAYCANDA "NƏSİMİ İLİ"DİR
    İMADƏDDİN NƏSİMİ-650 / ELMİ-NƏZƏRİ KONFRANS
    2019-cu ilin iyun ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsti­tutun­da böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsimi: sələflər və xələflər - Orta əsrlər əlyazmaları və Azər­­­baycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII elmi-nəzəri kon­­frans keçiriləcək.
    ƏTRAFLI OXU
  • AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
    MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTU
    Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır.
    ƏTRAFLI OXU
  • BMT-nin ELM, TƏHSİL VƏ MƏDƏNİYYƏT üzrə təşkilatı-UNESCO
    DÜNYA YADDAŞI PROQRAMI-MEMORY OF THE WORLD
    AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu son 15 ildə BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı (UNESCO) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində 2005 və 2017-ci illərdə İnstitutda mühafizə olunan 4 unikal əlyazma Təşkilatın "Dünya Yaddaşı" siyahısına əlavə edilmişdir.
    ƏTRAFLI OXU

XƏBƏRLƏR


AKADEMİK TEYMUR KƏRİMLİNİN ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 96-CI İLDÖNÜMÜ İLƏ BAĞLI AZTV-YƏ MÜSAHİBƏSİ

10 may 2019-cu il tarixində AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur

10.05.19 / Oxunma sayı: 43

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə dokroru Əkrəm

07.05.19 / Oxunma sayı: 105

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-CI İLDÖNÜMÜ QEYD EDİLİB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının

07.05.19 / Oxunma sayı: 140

ƏRƏBDİLLİ ƏLYAZMALAR KATALOQUNUN IV CİLDİ ÇAPDAN ÇIXIB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan ərəbdilli yazılı abidələrin

06.05.19 / Oxunma sayı: 84

FOTOQALEREYA

TARİXİMİZDƏN

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu) 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır. 1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında...

Davamını oxu

İNSTİTUTUN ALİMLƏRİNİN ƏSƏRLƏRİNƏ İSTİNADLAR (Keçid: Google Scholar)

Bütün istinadlar Son 5 il
İstinad274185
h-index86
i10-index85

Mənbə: Google Scholar (IMANAS)
İstinadların göstəriciləri:

0
60
30
200920102011201220132014201520162017201811113741217102352481622 27 20

İNSTİTUT ƏMƏKDAŞLARININ "WEB OF SCIENCE" BAZASI İLƏ İŞLƏMƏ PLATFORMASI


Müasir dövrdə Clarivate Analytics (əvvəlki ISI Thomson-Reuters) şirkətinə məxsus "Web of Science" (WoS) elmi indeksləşdirmə bazası alim və tədqiqatçılar üçün ən təkmil, hərtərəfli və multidissiplinar axtarış vasitəsi hesab olunur. AMEA ilə Clarivate Analytics arasında bağlanmış sazişə əsasən tədqiqatçılar bu bazadan istifadə etməklə minlərcə nüfuzlu elmi jurnala əlyetərlik qazana, bu cür jurnallara məqalə hazırlamaq qaydaları ilə tanış ola, öz məqalələrinin istinad aktivliyini yoxlaya bilərlər. Bunun üçün əməkdaşlar İnstitutun "Beynəlxalq əlaqələr" şöbəsinin dəstəyi ilə "WoS"da qeydiyyatdan keçib, xüsusi istifadəçi adı və şifrə əldə edirlər. Müstəqil şəkildə qeydiyyatdan keçmək istəyən əməkdaşlara isə əvvəlcə aşağıdakı köməkçi vasitələrdən yararlanmaq tövsiyə olunur:

"WoS" bazası haqqında ətraflı məlumat
"WoS" bazasına əlyetərliklə bağlı təlimat
"WoS" bazasında qeydiyyatdan keçmək üçün videotəlimat
"WoS" bazası ilə işləmək üçün bütün videotreninqlər

İnstitutun "Web of Science" bazasında
qeydiyyatdan keçmiş əməkdaşları üçün:

Elektron poçt ünvanı

İstifadəçi şifrəsi

Bu kompüterdə məni yadda saxla

Şifrəni unutmusunuz?



İNSTİTUTUN ELMİ JURNALLARI


ƏLYAZMLAR YANMIR
p-ISSN: 2410-5600
e-ISSN: 2663-998X

"Əlyazmalar yanmır" jurnalı
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdiyi beynəlxalq elmi jurnaldır. Jurnal ildə 4 dəfə
nəşr olunur. Jurnalda əyazmaşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq ilə bağlı məqalələr dərc olunur.

 Məqaləni onlayn göndərmək
FİLOLOGİYA MƏSƏLƏLƏRİ
p-ISSN: 2224-9257
e-ISSN: 2664-0007

"Filologiya məsələləri" jurnalı Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdiyi elmi jurnaldır. Jurnal ayda bir dəfə nəşr olunur. Dərgidə dilçilik, ədəbiyyatşünaslıq, linqvistika və s. bağlı məqalələr dərc edilir.

 Məqaləni onlayn göndərmək
ELMİ ƏSƏRLƏR
p-ISSN: 2410-5619
e-ISSN: 2663-9998

"Elmi əsərlər" jurnalı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdiyi beynəlxalq elmi jurnaldır. İldə 4 dəfə nəşr olunur. Jurnalda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ilə bağlı məqalələr dərc olunur.

 Məqaləni onlayn göndərmək
BEYNƏLXALQ ƏLAQƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu yarandığı illərdən etibarən beynəlxalq elmi-mədəni əlaqələri yüksək səviyyədə quran elmi-tədqiqat müəssisələrindən birinə çevrilmişdir. Bu gün dünyanın 100-dən artıq nüfuzlu elmi təşkilatı əməkdaşlıq edən İnstitut Beynəlxalq Əlyazmalar Cəmiyyətinin (ABŞ) və İslam Əlyazmaları Cəmiyyətinin (Böyük Britaniya) üzvüdür. Əlyazmalar İnstitutunun elmi mübadilə apardığı elm və təhsil müəssisələri arasında UNESCO, Oksford Universiteti, Paris Milli Kitabxanası, Vatikan Apostol Kitabxanası, Misirin Əl-Əzhər Universiteti və başqa nüfuzlu təşkilatlar var. Beynəlxalq əməkdaşlığın inkişafı sayəsində 29 iyul 2005 ildə Azərbaycana məxsus Orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından 3 unikal əlyazma) UNESCO-nun Dünya Yaddaşı siyahısına əlavə edilmişdir. Əlyazmalar İnstitutu Azərbaycan əlyazmalarını yalnız beynəlxalq arenada təbliğ etməklə kifayətlənmir, ölkəmizə gələn xarici alimlərə də zəngin əlyazma xəzinəsinin qapılarını açır. Son 50 ildə İnstitutu UNESCO-nun Baş katibi, İSESCO-nun sədri, müxtəlif ölkələrin prezidentləri, o cümlədən dövlət, elm və mədəniyyət xadimləri ziyarət ediblər.

    Əlavə olaraq bax: UNESCO-nun "Dünya yaddaşı" Siyahısına daxil edilmiş Azərbaycan əlyazmaları



YENİ DAXİLOLMALARIN REYESTRİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna yeni daxil olmuş əlyazmalar

No: Müəllif və əlyazma Daxilolma tarixi Əldə olunduğu mənbə
29İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surəti25.01.2019Ankara Milli Kitabxanası, Türkiyə
28İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun surəti21.01.2019Ankara Milli Kitabxanası, Türkiyə
27“Qisseyi-Ə bu Əli Sina” adlı əsərin surəti06.01.2019Astane-Qüdse-Rəzəvi kitabxanası, İran
26“Tacü l-lüğa və sihahil-ərəbiyyə” (qısası “Əs-sihah”) əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti29.11.2018Tehran Məclis kitabxanası, İran
25“Müqəddimətül-ədəb” əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti 20.11.2018Tehran Məclis kitabxanası, İran
24“Əcaib əl-məqdur” əsərinin surəti 13.11.2018Tehran Məclis kitabxanası, İran
23İmadəddin Nəsiminin anadilli divanının yeni əlyazma nüsxəsinin surəti06.09.2018Tehran Məclis kitabxanası, İran
22XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surəti05.09.2018Topqapı Saray Muzeyi, Türkiyə
21“Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surəti12.07.2018Dağıstan Elmi Mərkəzi, Rusiya
20“Lüğəte-Nemətullah” adlı əsərin surəti21.06.2018Tehran Məclis kitabxanası, İran
19Heydərinin farsca əsərlər külliyatının surəti02.02.2018Tehran Məclis kitabxanası, İran
18Əbdürrəhim Şirvaninin "Kitabi-məzhər əttürki" əsərinin surəti19.01.2018Tehran Məclis kitabxanası, İran
17XVI-XVII əsrlərdə yaşamış Osmanlı şairlərinin əlyazma məcmuəsinin surəti 18.12.2017Tehran Məclis kitabxanası, İran
16Şah İsmayıl Xətainin və I Şah Təhmasibin anadilli şeirlərinin surətləri13.11.2017Ankara Milli Kitabxanası, Türkiyə
15İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surəti 16.10.2017Ankara Milli Kitabxanası, Türkiyə
14Heyrətinin divanının surəti10.10.2017Ankara Milli Kitabxanası, Türkiyə
13Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin "Divan"ının surəti04.08.2017Sədrəddin Ağaxanın Cenevrə kolleksiyası, İsveçrə
12Mirzə Baxış Nadimin şeirlərinin əlyazma surəti 29.06.2017Nəvahi Tarix-Diyarşünaslıq Muzeyi, Azərbaycan
11Molla Əli Talibinin divanının əlyazma surəti04.04.2017Türkiyə
10Şah İsmayıl Xətainin xətt nümunələri (27 vərəq)16.02.2017Bavariya Dövlət Kitabxanası, Almaniya
9Abdulla Bərqi Xoyinin şeirlərinin surəti25.05.2016Tehran Məclis kitabxanası, İran
8Hüseyn Yasari Xülusi İstanbulinin "Nicati-əbədiyyə" adlı divanının surəti 04.05.2016Azərbaycan
7Abdulla Kabulinin "Təzkirət ət-təvarix" əsərinin əski çap nüsxəsi20.04.2016İran Milli Kitabxanası, İran
6Salman Mümtazın itmiş "100 şair" əsərinin əlyazması19.04.2016Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan
5Nəsirəddin Tusinin "Zici-Elxani" əsərinin surəti22.10.2015Paris Milli Kitabxanası, Fransa
4İmadəddin Nəsiminin şeirlərinin yer aldığı əlyazmanın surəti 30.06.2015Topqapı Saray Muzeyi, Türkiyə
3Nizami Gəncəvinin "Xəmsə"sinin XVI əsr əlyazmasının surəti07.05.2015Oksford Bodlean Kitabxanası, Böyük Britaniya
2Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusunun - divanının surəti23.04.2015Ankara Milli Kitabxanası, Türkiyə
1Seyid Əbülqasim Nəbatinin anadilli divanının surəti17.03.2015Təbriz Mərkəzi Kitabxanası, İran

Qeyd: Yeni əldə olunmuş əlyazmalarla İnstitutun fondunda tanış olmaq mümkündür.

                                

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla