ELMİ ƏSƏRLƏR

ISSN:2410-5619

"Elmi əsərlər" jurnalı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdiyi beynəlxalq elmi jurnaldır. Jurnal 2014-cü ildə İnstitutun Elmi Şurasının qərarı ilə təsis olunmuş, 27.07.2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Mətbu nəşrlərin reyestri"nə daxil edilmişdir (Reyestr №22/9).
"Elmi əsərlər" jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalda kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq, ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, folklor və s. ilə bağlı məqalələr dərc olunur.

Jurnalın baş redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.